Tehran – İRNA – HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzəddin Əl-Qəssam Briqadaları Qəzzada yaşayış və mülki binaların kütləvi şəkildə bombalanmasına cavab olaraq sionistlərin Sderot qəsəbəsini növbəti dəfə 100 raketlə hədəfə aldığını elan edib.

İRNA-nın bazar günü Əl-Cəzirəyə istinadən verdiyi məlumata görə, Əl-Qəssam Briqadaları bu hücumun Qəzzada yaşayış və mülki evlərin kütləvi şəkildə bombalanmasına cavab olduğunu bildirib.

Bu arada xəbər mənbələri Əl-Qəssam batalyonlarının bu sionist qəsəbəsinə raket hücumları nəticəsində bir neçə sionistin yaralandığını açıqlayıb.

İRNA-nın məlumatına görə, “Əl-Əqsa tufanı” əməliyyatının başlanmasından 28 saat keçib, müqavimətin artilleriya və raket gücü heç bir zərər görməyib və var gücü ilə sionist yaşayış məntəqələri və infrastrukturlarını hədəfə alır.