İRNA-nın “Report” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əliyev bu müraciətində ölkəsinin Ermənistanla 3+3 formatında sülhə hazır olduğunu da bəyan edib.
Azərbaycan Respublikası Prezidenti ölkəsinin tranzit imkanlarına da toxunaraq deyib: “İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunmuşdur. Azərbaycan, eyni zamanda, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır.”