Bu tvitin mətnində deyilir:“Ey sionist zülmkarlar7 oktyabr şənbə gününün məğlubiyyətini bərpa etmək mümkün deyil. Bu faciəni özünüz öz başınıza gətirdiniz.”
İnqilabın Ali Rəhbəri həmçinin çərşənbə axşamı İmam Əli (ə) Zabit Universitetindəki çıxışında “Əl-Əqsa Tufanı” əməliyyatını dağıdıcı zəlzələ və sionist rejim üçün düzəlməz kəşfiyyat və hərbi məğlubiyyət hesab edərək vurğuladı: “Qəsbkar rejimin havadarları bu hərəkətin arxasında İslami İranın dayandığını desələr də, fələstinli cəsur gənclər və zəkalı tədbirçilər bu qəhrəmanlığı həyata keçiriblər.”
Ayətullah Xamenei sionist rejimin özünü məzlum kimi göstərməklə Qəzzə əhalisinin kütləvi şəkildə qətliamına haqq qazandırmaq istədiyini bildirərək deyib: “Qəsbkar rejimin başçıları bilməlidirlər ki, bu qəddarlıqların reaksiyası onların çirkin üzünə daha ağır bir sillə olacaq.”