Tehran - İRNA - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqavimət qüvvələri ilə sionist rejim arasında baş verən son toqquşmalar haqda açıqlamasında deyib: “Qəzzada baş verənlər müharibə deyil, kütləvi soyqırımdır.”

Ərdoğan həmçinin vurğulayıb ki, bu münaqişələrdə kor-koranə bir tərəfin tərəfini tutmaq böhranı dərinləşdirə bilər.

O, sionist rejimə müraciət edərək deyib: “İsrail unutmamalıdır ki, əgər bir dövlət kimi yox, bir təşkilat kimi davranarsa, nəticədə onunla təşkilat kimi davranılacaq.”

Ərdoğan qeyd edib ki, hər kəs Fələstin xalqının kollektiv şəkildə cəzalandırılması ilə nəticələnəcək humanitar yardımın kəsilməsi kimi qərarlardan çəkinməlidir. Qəzzanın elektrik, su və qidasının kəsilməsi qırğın və edamdır.