Tehran - İRNA - Ölkəmizin Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi X (keçmiş Twitter) sosial media hesabında Qərb rəsmilərinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının dövlət katibinin sionist rejimin Qəzzədə törətdiyi soyqırımın legitimliyi ilə bağlı mövqelərinə cavab olaraq yazıb: "Qanuni müdafiə" haqqı. Özü də "işğalçılar" üçün? İşğalçı qüvvələrin nə vaxtdan qanuni müdafiə haqqı var?! Beynəlxalq hüququ məsxərə etməyin!