Tehran - İRNA - Xarici İşlər naziri ermənistanlı həmkarı ilə telefon danışığında Qəzza əhalisinə su, qida, əczaçılıq və tibbi yardımların göndərilməsi üçün mümkün qədər tez uyğun dəhlizlər yaradılmasını vurğulayıb.

İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan çərşənbə axşamı Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan ilə telefon danışığında 3+3 formatında görüşün koordinasiyası və keçirilməsi ilə bağlı əhəmiyyətini diqqətə çatdırıb.

Xarici İşlər naziri həmçinin çərşənbə günü Ciddədə keçiriləcək iclasa işarə edərək, işğal olunmuş Fələstində vəziyyət qaynama nöqtəsinə yaxınlaşdığını, hər an müharibənin genişlənməsi ehtimalının olduğunu bəyan edib və deyib: “Qəzza əhalisinə ən qısa zamanda su, qida, dərman və tibbi yardımların göndərilməsi üçün uyğun dəhlizlərin yaradılması zəruridir.”

Əmir Abdullahian onu da qeyd edib ki, 3+3 görüşündə bizim mesajımız, Qafqazda sülh mesajıdır.

Ermənistan Xarici İşlər naziri də Fələstində dinc əhalinin öldürülməsinə görə təəssüfləndiyini bildirərək deyib: “Biz əvvəldən Fələstində baş verənləri və İran İslam Respublikasının bu müharibənin bitməsi üçün göstərdiyi səyləri izləmişik.”

Ararat Mirzoyan 3+3 formatında keçirilən görüşün regional dialoqlar üçün böyük potensial olduğunu bəyan edərək, bu görüşün keçiriləcəyinə ümidvarlıq ifadə edib.