Tehran - İRNA - Əmir Abdullahiyan İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin fövqəladə iclası çərçivəsində küveytli həmkarı ilə müzakirə aparıb.

İRNA-nın ezam olunmuş müxbirinin verdiyi məlumata görə, ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Küveytə mövcud hadisələrin başlanğıcından bəri Fələstini dəstəkləməkdə güclü mövqeyinə görə təşəkkür edib, Qəzzada Əl-Mamadani xəstəxanasına cinayətkar hücumda sionistlərin törətdiyi cinayəti müharibə cinayəti və soyqırım adlandıraraq deyib: “Bu hərbi cinayətlərin dayandırılmaması və sionist aparteid rejiminin Qəzzada törətdiyi soyqırımın davam etdirilməsi bölgəni nəzarətdən çıxaracaq.”

Əmir Abdullahiyan əlavə edib: “Müqavimət bölgədə qərar verməkdə müstəqildir və vəziyyətin olduğu kimi qalacağına heç kim zəmanət verə bilməz.”

Küveytin Xarici İşlər naziri də bu görüşdə Küveytin Fələstinə güclü dəstəyini qeyd edib, həmçinin münaqişənin miqyasının genişlənməsini bütün region üçün böyük təhlükə hesab edərək deyib: “Biz müharibənin dayandırılması və təcili humanitar yardımın göndərilməsinə başlamağın vacibliyini vurğulayırıq.”