Tehran – İRNA – HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyə cümə axşamı gecəsi deyib: Sionist rejimin cinayətləri bu nasizm düşməninin, vəhşi-qatilin mahiyyətini bir daha sübut etdi.

İRNA-nın Qətərin “Əl-Cəzirə” kanalına istinadən verdiyi məlumata görə, Haniyə vurğulayıb: Bu gün dünya Fələstin xalqının müxtəlif təbəqələrinin Qəzzadakı əfsanəvi müqaviməti və duruşunu, habelə müqavimətin əldə etdiklərini izləyir.

HƏMAS-ın siyasi ofisinin rəhbəri bəyan edib: Biz hamıya xəbərdarlıq etdik ki, bu müharibə davam edərsə, regional müharibəyə səbəb ola bilər.

Haniyə əlavə edib: Düşmənin Qəzza xalqına qarşı cinayətlərinin davam etməsi Fələstin və regiondakı bütün balansları pozacaq.

O, dedi: Sionistlərin vəhşiliyi və cinayətlərinə baxmayaraq, Fələstin müqaviməti bu döyüşdə təşəbbüsə malikdir.