İRNA-nın məlumatına görə, səfir yazıb: “3+3 təşəbbüsü (İran, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri iclasının Tehranda keçirilməsi İran İslam Respublikasının qonşuluq siyasətinin davam etdirilməsi və tamamlanması istiqamətində böyük addımdır. Regionçuluq və müxtəlif məqsədlər daşıyan regional mexanizmlərin formalaşması dünya nizamının ortaya çıxmaqda olan xüsusiyyətlərindəndir.”
O, sonda bildirib: “Mesaj: Regiondankənar qüvvələrin Qafqaz məsələlərində iştirakı və müdaxiləsi qadağandır!”