İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Rusiyadakı səfiri Kazim Cəlali sosial şəbəkədəki səhifəsində Tehranın ev sahibliyi etdiyi 3+3 formatında xarici işlər nazirləri iclasının keçirilməsi ilə bağlı yazıb: “İran İslam Respublikasının qonşuluq siyasəti çərçivəsində Tehranın ev sahibliyi ilə Qafqazla bağlı 3+3 formatında xarici işlər nazirləri iclasının gündəliyində regional sabitlik, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi yer alır.”
Səfir əlavə edib: “Regional məsələlər bölgə ölkələrinin əməkdaşlığı və qarşılıqlı fəaliyyəti ilə və xarici aktorların iştirakı olmadan müzakirə oluna və həll edilə bilər.”
Qeyd edək ki, bu gün İran xarici işlər nazirinin ev sahibliyi ilə Rusiya, Türkiyə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Cənubi Qafqaz regionundakı məsələləri müzakirə etmək və regional əməkdaşlığı (siyasi, iqtisadi, təhlükəsizlik, tranzit, enerji və s.) genişləndirməyə təlaş məqsədilə ikinci “3+3” iclasında iştirak etmək üçün Tehranda görüş keçirəcəklər.