İRNA-nın bazar ertəsi “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədərə bununla bağlı açıqlamasında deyib: “Qəzza zolağında 12 xəstəxana hücumlar, eləcə də yanacaq tükənməsi nəticəsində sıradan çıxıb və artıq xidmət göstərə bilmir.”
“Həmçinin 32 sağlamlıq mərkəzi də eyni vəziyyətdə düçar olub və faəliyyətini dayandırıb.”
Əl-Qədərənin sözlərinə görə, xəstəxanalar yaralıları müalicə etmək imkanlarını və gücünü itirib, tibbi heyət yaralıları minimal və sadə vasitələrlə müalicə edir.