Tehran - İRNA - Ölkəmizin xarici işlər naziri Hüseyn Əmir Abdullahian özünün X (keçmiş Twitter) sosial şəbəkəsində bu gün Tehranda keçirilən 3+3 sammiti ilə bağlı paylaşım edib.

İRNA-nın məlumatına görə, o, öz mesajında yazıb: Cənubi Qafqazdakı hadisələri nəzərdən keçirmək üçün 3+3 ölkələrinin xarici işlər nazirlərinin iclası bu gün Tehranda keçiriləcək.

Əmir Abdullahiyan bu görüşün “Sülh vaxtı; Cənubi Qafqazda əməkdaşlıq və inkişaf” mövzusunda keçiriləcəyini bildirərək, sözügedən görüşün regional aktorların və qonşuların iştirakı ilə Cənubi Qafqazda sülhün bərqərar olması və problemlərə son qoyulması yolunun təməl daşı olacağına ümidvar olduğunu ifadə edib.