“Bundan əvvəl cənab İlham Əliyevə demişdim ki, sionist rejim sizin və heç bir müsəlman ölkəsinin dostu olmayacaq” - deyə bildrən Prezident əlavə edib: “Qəzzədəki bugünkü vəziyyət bütün region xalqlarının gözü önündə dayanan bir tablo olaraq göstərir ki, başda Amerika olmaqla qərblilər, sionistlərin cinayətlərinə tam dəstək verməklə, nəinki region ölkələrinin dostu və qayğıkeşi deyil, həm də regionda öz irqçi maraqlarını güdürlər.”
Görüşdə Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov da ölkəsinin İran İslam Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyini bildirərək deyib: “Son aylarda iki ölkə münasibətlərin səviyyəsinin yüksəldilməsi və ikitərəfli əməkdaşlığın təşviqi istiqamətində mühüm irəliləyişlər əldə edib.”
Bayramov həmçinin qərb ölkələrinin regional məsələlər, o cümlədən Qəzzada mövcud vəziyyətlə bağlı ikili standartlarını tənqid edərək, bu bölgənin müdafiəsiz əhalisinə qarşı hücumların ən qısa zamanda dayanacağına və bölgədə sülhün bərqərar olacağına ümidvar olduğunu ifadə edib.