İRNA-nın məlumatına görə, Asiya və Sakit Okean Xəbər Agentliklərinin menecerləri və yüksək vəzifəli şəxsləri qarşısında çıxış edən İRNA-nın baş direktoru “İsraildə 40 uşağın başının kəsilməsi”, “işğal olunmuş ərazilərdə konsert mərasiminə hücum” və “Qəzzada xəstəxanaya edilən dəhşətli hücumda sionist rejimin günahsızlığı” kimi iddiaları Qəzza müharibəsində media yalanlarından nümunələr kimi qeyd edib. Hansı ki, bu yalan iddialar Qəzza müharibəsi xəbərlərinin mühüm hissəsinə təsir etmiş və bu vəhşicəsinə müharibənin faktlarının açıqlanmasının qarşısını almışdır.
Ə. Nadiri vurğulayıb: “Qəzza ilə bağlı yalan xəbərlər hətta bəzən bir sıra dövlət başçılarının reaksiyasına səbəb olub. Təbii ki, onların bəziləri nəhayət, yanlış açıqlamalarını düzəltməli oldular.”
OANA Asiya-Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (The Organization of Asia-Pacific News Agencies) qısa adıdır, 22 dekabr 1961-ci ildə BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESKO) dəstəyi ilə bu regionun ölkələri arasında məlumat mübadiləsini asanlaşdırmaq məqsədi ilə yaradılmışdır.