İRNA-nın məlumatına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi cümə axşamı bəyanat yayaraq bu səfər barədə xəbər verib və yazıb: “Qrant Şepps bu həftə regional sabitliyin qorunması, mülki əhalinin müdafiəsi və Britaniyanın müdafiə sahəsində tərəfdaşlığının gücləndirilməsi kimi məsələləri müzakirə etmək məqsədilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.”
Bu bəyanata görə, “o, Britaniyanın Yaxın Şərqdə münaqişələrin yayılmasının qarşısını almaq və bütün regionda gərginliyi azaltmaq üçün diplomatik səyləri çərçivəsində iki ölkənin rəsmiləri ilə görüşüb.”