Tehran - İRNA - Ordunun Quru Qoşunlarının “İqtidar 1402” təlimində Arəş məhvedici pilotsuz təyyarəsi əvvəlcədən müəyyən edilmiş hədəfləri məhv edib.

İRNA-nın hərbi sahə üzrə müxbirinin məlumatına görə, Ordunun Quru Qoşunları “İqtidar 1402” təliminin ilk gününün ilk dəqiqələrində sahil müdafiə əməliyyatlarının icrası və hücum edən qüvvələrin yolunu kəsmək istiqamətində Arəş intiharçı PUA-sından istifadə edərək sabit və hərəkət edən hədəfləri yüksək dəqiqliklə vurub.

Həmçinin, bu təlimin əsas mərhələsinin əvvəlində ordunun çoxməqsədli pilotsuz təyyarələri Nəsrabadın ümumi ərazisini müəyyən edərək komanda və idarəetmə mərkəzlərinə lazımi məlumatları veriblər. Təlimin bu mərhələsində pilotsuz təyyarələrin komanda mərkəzinə məlumat göndərmək üçün yeni Mühacir 2 və Mühacir 6 dronlarından da istifadə edilib.