Nyu-York - İRNA - İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian rəsmi Tehranın münaqişənin miqyasını genişləndirməyə çalışmadığını və HƏMAS-ı siyasi cəhətdən dəstəklədiyini vurğulayaraq, bölgədəki vəziyyəti mürəkkəb hesab etdi və dedi: İsrail rejiminin davam edən cinayətləri səbəbindən bölgə barıt çəlləyinə çevrilib.

İRNA-nın müxbirinin Nyu-Yorkdan verdiyi məlumata görə, İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian Amerika Milli Radiosuna (NPR) müsahibəsində əlavə edib: Əvvəla, biz münaqişənin miqyasını genişləndirmək niyyətində deyilik, hətta biz başqalarını müharibə cinayətini mümkün qədər tez dayandırmağa çağırırıq. Amma, vəziyyət mürəkkəbdir. Sionist rejimin bombardmanları və hücumları nəticəsində yeddi mindən çox insanın öldürüləməsinə dözmək, bölgəmiz üçün çətindir. Bölgədə gördüyümüz mənzərə İsrail rejiminin davam edən cinayətləri səbəbindən bölgənin barıt çəlləyinə çevrilməsidir.

O, “İran müttəfiqlərini təmkinli olmağa təşviq edir, ya yox?” sualına cavab olaraq deyib: Onlar özləri qərarlarını verirlər. Onlardan hər an hər hansı qərarın çıxma ehtimalı var. Lakin biz Amerikanı İsrail rejiminə verdiyi mütləq dəstəyi dayandırmağa çağırırıq.