İRNA-nın məlumatına görə, Amerikanın “New York Times” qəzeti yazıb: “İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya qurudan geniş hücuma başlamaq əmrini imzalamaqdan imtina edib. Çünki əməliyyat uğursuz olacağı təqdirdə, xalqın etimadını itirməkdən qorxur.”
New York Times qəzeti Netanyahunun Qəzzəyə hücum əmrini imzalamaqdan imtina etməsini sionist rejimin hakim kabinetində ixtilafın mövcudluğunun göstəricisi kimi də qiymətləndirərək yazıb: “Bəzi kabinet üzvləri bir böyük əməliyyat yerinə çoxsaylı, lakin kiçik hücumların tərəfdarıdır.”