Tehran - İRNA - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Horadiz-Ağbənd yolunun tamamlanması və Araz çayı üzərində İrana qoşulmaq üçün körpünün tikintisi məqsədilə 14 milyon manat (8 milyon 200 min dollar ekvivalenti) vəsait ayrılıb.

İRNA-nın Report-a istinadən verdiyi məlumata görə, prezident İlham Əliyev Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə birləşdirilməsi və Araz çayı üzərində körpünün tikintisinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə birləşdirilməsinin davam etdirilməsi və Araz çayı üzərində körpünün tikintisi ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Prezidentinin ehtiyat fondundan təmin edilib.

Bu sərəncama əsasən, Maliyyə Nazirliyi bu sərəncamda göstərilən büdcəni təmin etməlidir. Həmçinin Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.