Tehran – İRNA – Fələstinin İslami Cihad hərəkatı bir bəyanatda bildirib ki, Qəzza zolağına sionist rejimin quru təcavüzü heç bir nəticə verməyib və işğalçılar açıq əraziləri hədəf alıblar.

İRNA-nın Şəhab xəbər agentliyinə istinadlı məlumatına görə, İslami Cihad hərəkatının bu barədə bəyanatında deyilir: Sionistlərin Qəzzaya qurudan təcavüzü bir neçə gün əvvəl başlayıb və düşmən açıq ərazilərə hücumdan başqa heç bir nailiyyət əldə edə bilməyib.

İslami Cihad elan edib: Düşmən Qəzzada açıq ərazilərə hava dəstəyi ilə soxuldu və bu hərəkət mülki şəxslərə qarşı cinayətlərə səbəb oldu.

Bu hərəkat daha sonra vurğulayıb: Bu sahədə müqavimət möhkəmdir və mübarizəsini davam etdirir və düşmənin plan və hədəflərini zərərsizləşdirə bilər.

İslami Cihad Hərəkatı əlavə edib: Düşmən bu sızma zamanı müqavimətdən zərbələr aldı.