Tehran - İRNA - Media mənbələri çərşənbə axşamı gecə saatlarında Fələstin müqavimətinin Təl-Əvivə yeni raket zərbəsi endirdiyini bildirib.

İRNA-nın çərşənbə axşamı yaydığı xəbərə görə, bu barədə Səma xəbər agentliyi bildirib ki, HƏMAS-ın hərbi qanadı olan şəhid İzzəddin əl-Qəssam Briqadaları növbəti dəfə bir neçə raketlə Təl-Əvivi hədəfə alıb. 

Məlumatlı mənbələrə görə, bir neçə raket Təl-Əvivin müxtəlif ərazilərini vurub.

Bu xəbərə görə, hal-hazırda Təl-Əvivin mərkəzində və onun ətraf ərazilərində, o cümlədən Beni Barak, Ramat Ghan və Ghafataimdə təhlükə siqnalları səslənib.