O, Qəzzə əhalisinin öz səbrləri ilə bəşər vicdanını hərəkətə gətirə bildiklərini ifadə edərək deyib: “Dünyada baş verən hadisələrə baxın. Həmin Qərb ölkələrində, İngiltərədə, Fransada, İtaliyada, Amerikanın müxtəlif ştatlarında insanlar böyük izdihamla küçələrə gələrək İsrail əleyhinə və Amerikanın özünə qarşı şüarlar səsləndirirlər. Bunların abrı getdi; bunların heç bir çarəsi yoxdur və haqq qazandıra bilmirlər. Ona görə də bir axmaq tapılır, “İngiltərədə Fələstin xalqına dəstək üçün insanların toplanması İranın işidir” deyir. Onda, London və Paris bəsicləri bu işi ediblərmi?”
İslam İnqilabının Ali Məqamlı Rəhbəri çıxışının davamında deyib: “İslam hökumətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməməlidir, bütün dünya forumlarında uca səslə, tərəddüd etmədən və çəkinmədən bu faciələri və cinayətləri pisləməlidir. İslam və ya Ərəb toplantılarında danışan bir neçə nəfər də ikibaşlı ya kəkələmə ilə danışmamalıdır. Nə baş verdiyi məlum olmalıdır. Sionist rejim pislənilməli və bütün İslam dünyası bu rejimə qarşı səfərbər olmalıdır.”
İslam İnqilabının Böyük Rəhbəri əlavə edib: “Sionist rejim indi aciz və çaşqın vəziyyətdədir və öz xalqına yalan danışır. Fələstinlilərin əlində olan öz əsirlərə görə narahat olduqlarını ifadə etdilər, əslində, bu da yalandır. Həyata keçirdikləri bu bombardmanlar onların öz əsirlərini də məhv edə bilər. Öz əsirlərinə görə narahatlığını bildirirlər, öz xalqına da yalan danışırlar və bu yalan danışmaları çarəsizlik üzündəndir.”
Həzrət Ayətullah Xamenei deyib: “İndi sionist rejim heyrət və çarəsizlik içərisindədir və nə edəcəyini bilmir. Etdiyi hər bir iş də çarəsizlikdəndir. Yəni, nə edəcəyini bilmir. Əgər Amerikanın köməyi olmasaydı və olmasa, sionist rejim bir neçə gün ərzində mütləq iflic vəziyyətinə düşəcək.”