Tehran - İRNA - Livan Hizbullahı cümə axşamı səhər saatlarında sionist rejimə məxsus silahlı pilotsuz təyyarəni bu ölkənin cənub sərhədində məhv etdiyini açıqlayıb.

İRNA-nın “Əl-Mayadin”-ə istinadən verdiyi xəbərə görə, Livan Hizbullahı bəyanat yayaraq bildirib: “Döyüşçülərimiz “Yer-hava” raketi ilə Livanın cənub sərhədində yerləşən Malkiyə və Huneyn kəndlərinin hava məkanında İsrailə məxsus pilotsuz təyyarəni vurub.”