Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullah işğal olunmuş ərazilərdə Əl-Əqsa tufanı kimi tanınan müqavimət əməliyyatının başlamasından sonra ilk dəfə cümə günü axşam (03 noyabr 2023) çıxış edib. Bu çıxış Tehranın müxtəlif yerlərində, o cümlədən İmam Hüseyn (ə) meydanında və Amerikanın keçmiş casusluq yuvasında (səfirliyində) canlı yayımlanıb.