Bağdad - İRNA - İraq islami müqavimət qrupları “Əqsa 1” orta mənzilli raketlərlə təchiz olunub.

İRNA-nın bu gün (çərşənbə axşamı) verdiyi xəbərə görə, İraq islami müqaviməti bəyanat yayaraq bildirib ki, İraq islami müqavimət qrupları ABŞ-ın rəhbərliyi ilə İsrail rejimi ordusunun Qəzzəyə hücumlarında törətdiyi cinayətlərə cavab tədbirləri çərçivəsində ilk dəfə olaraq orta mənzilli “Əqsa 1” raketini istifadəyə verib.

İraq islami_müqaviməti həmçinin öz bəyanatında #Amerika işğalçılarının İraq və Suriyadakı bazalarına qarşı bəzi əməliyyatlarında bu tip raketlərdən istifadə etdiyini vurğulayıb.