Bağdad - İRNA - İraqın milli təhlükəsizlik müşaviri İran əleyhinə olan terrorçu qrupların İraqın Kürdüstan bölgəsində yerləşən bazalarından ucqar bölgələrə köçürüldüyünü açıqlayıb.

İRNA-nın “İraq 24” xəbər saytına istinadən verdiyi məlumata görə, Qasim əl-Ərəci İraq səfirlərinin Bağdadda keçirilən 7-ci iclasında vurğulayıb: “Bütün anti-İran terror qrupları İraqın Kürdüstan bölgəsində yerləşən bazalarından çıxarılıb, sərhədçilər və peşmərgə qüvvələri həmin əraziləri qorumaq üçün yerləşdirilib.”