İRNA-nın məlumatına görə, ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani G7 xarici işlər nazirlərinin birgə bəyanatında, eləcə də Yaponiya və Böyük Britaniyanın xarici işlər və müdafiə nazirlərinin Tokioda keçirilən G7 xarici işlər nazirlərinin iclası çərçivəsində görüşünün birgə bəyanatında yer almış iddiaları əsassız hesab etmiş və qətiyyətlə pisləmişdir.
Kənani deyib: “Dəfələrlə bəyan edildiyi kimi, İran İslam Respublikasının hərbi doktrinasında nüvə silahının yeri yoxdur, İranın məqsədləri və nüvə proqramı tamamilə dinc xarakter daşıyır. Bu istiqamətdə İran bütün öhdəliklərini yerinə yetirib və bu məsələ Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən dəfələrlə təsdiqlənib.”
XİN-nin sözçüsü vurğulayıb ki, İran İslam Respublikasının xarici siyasətinin Qərbi Asiya regionunda yanaşması həmişə bu regionun sabitliyi və təhlükəsizliyi istiqamətində olub. Tarixi faktlar və mövcud təcrübələr göstərir ki, regiondankənar ölkələrin hərbi mövcudluğu bu regionda qeyri-sabitlik yaradan və qeyri-sabitliyi artıran ən mühüm amillərdən biri olmuşdur.
Kənani həmçinin qeyd olunan bəyanatda Fələstin və Livandakı müqavimət qrupları və İran İslam Respublikasından aidiyyatı olmayan tələblər irəli sürməsi ilə bağlı yalan və gülünc iddialara cavab olaraq deyib: “İran İslam Respublikası Qəzzada hazırkı böhranın başlanğıcından bəri təcavüzkar sionist rejimin Qəzzəyə hərbi hücumlarını dayandırmaq və onun müdafiəsiz vətəndaşları və sakinlərinin həyatını xilas etmək üçün fasiləsiz səylərə başlayıb və bu hələ də davam edir.”
Kənani bildirib: “Fələstin xalqının torpaqlarının işğalının banilərinin, qondarma İsrail rejiminin yaradıcılarının və sionistlərin Fələstin xalqının məzlum xalqına qarşı hərbi cinayətlərinin tam miqyaslı tərəfdarlarının iddiaçı mövqedə dayanması, zalım və məzlumun yerini dəyişməklə Fələstinin müqavimət və azadlıq qruplarını ifratçılıqda və regionda qeyri-sabitlik və gərginlik yaratmaqda ittiham etmələri təəccüb və təəssüf doğurur.”