İRNA-nın məlumatına görə, Fələstinin Qəzza zolağındakı Səhiyyə Nazirliyi hər gün günorta saatlarında sionist rejimin hücumları və bombardmanları nəticəsində şəhid olanların statistikasını dərc edir.
Fələstin Səhiyyə Nazirliyinin sözçüsü cümə axşamı günortadan sonra Qəzza zolağında şəhid olan uşaqların sayının 4412 nəfərə çatdığını açıqlayıb.
Bu sözçü 24 saat sonra, cümə günü günorta saatlarında öz son statistikasında sionist rejim ordusunun Qəzza zolağında bombardmanları nəticəsində şəhid olan uşaqların sayının artaraq 4506 uşağa çatdığını elan edib.
Bu iki statistikanın müqayisəsi göstərir ki, müharibə cinayətkarları və uşaqları öldürən sionist rejim cümə axşamı günortadan cümə günü günortaya kimi cəmi 24 saat ərzində 94 fələstinli uşağı qətlə yetirib.