İRNA-nın məlumatına görə, Tehran Sülh Muzeyi və İran Kino Evi birgə bəyanat yayaraq Qəzza zolağında dinc əhalinin öldürülməsini pisləyib və dərhal atəşkəsə çağırıblar. Bu bəyanatı Sülh Muzeyinin yüzdən çox müharibə veteranı imzalayıb.
Bəyanatın mətni belədir:
Haqqın adı ilə
Hörmətli cənab Antonio Quterreş, Birləşmiş Millətlər Təşkilatının Baş katibi
Biz İranın sənət adamları, İran-İraq müharibəsinin (1988-1980) veteranları ilə birlikdə bu ağrılı məktubu imzalamaqla sizdən mühasirəyə alınmış Qəzzanın qadın, uşaq və mülki əhalisinə qarşı davam edən çılpaq qəddarlığı dayandırmaq üçün əlinizdən gələni etməyinizi xahiş edirik.
Cənab Quterreş, tutduğunuz vəzifə istəsəniz də, istəməsəniz də bugünkü bəşəriyyətin tarixi vicdanını təmsil edir, onun əməli gələcək nəslin hökm sənədi olacaqdır.
İnsanlıq naminə müharibəni dayandırın.
Hörmətlə, Tehran Sülh Muzeyi - İran Kino Evi