Tehran – İRNA - Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Qəzza xəstəxanalarının ölüm və dağıntı yerinə çevrildiyini və dünyanın belə bir vəziyyətdə səssiz qala bilməyəcəyi barədə xəbərdarlıq edib.

İRNA-nın məlumatına görə, “Tedros Adhanom” X (keçmiş Twitter) sosial şəbəkəsindəki istifadəçi hesabında yazıb: “Təhlükəsiz yerlər olmalı olan xəstəxanalar ölüm, ümidsizlik və dağıntı məkanına çevrildiyi halda dünya səssiz qala bilməz”.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru sözünə davam edib: Şəfa xəstəxanası və onun ətrafı və Qəzza zolağındakı digər xəstəxanalar sionist ordusunun hücum və bombardmanlarının birbaşa və davamlı hədəfləridir.

O bildirib: Sionist rejim HƏMAS-ın bəzi üzvlərinin bu xəstəxanalara sığındığını iddia edir, halbuki bu qrup müxtəlif hallarda bu iddianı rədd edir və bunu Təl-Əvivin səhiyyə və mülki obyektlərə hücum etməsi üçün bəhanə hesab edir.