Tehran - İRNA - HƏMAS-ın hərbi qanadı olan Qəssam Briqadaları bazar ertəsi gecə saatlarında Təl-Əviv də daxil olmaqla işğal olunmuş Fələstində geniş ərazilərə raket zərbələri endirildiyini açıqlayıb.

İRNA-nın Fələstinin Sama xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Qəssam Briqadaları sionist rejimin Qəzzə əhalisinə qarşı törətdiyi cinayətlərə cavab olaraq işğal altındakı Fələstinin bir sıra bölgələrini raket hücumları ilə hədəfə aldıqlarını elan edib.