İRNA-nın məlumatına görə, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Sani telefon danışığında Fələstinlə bağlı son hadisələri və İsrailin Qəzzaya qarşı davam edən təcavüzünü müzakirə ediblər.
Bu telefon danışığında Qəzzənin Yenidənqurulması üzrə Qətər Komitəsinin qərargahının bombalanması məsələsi də müzakirə olunub.
İki ölkənin xarici işlər nazirləri həmçinin sionist rejimin Qəzzəyə qarşı vəhşi təcavüzünün dayandırılması üçün səylər və diplomatik təşəbbüslərin son vəziyyəti barədə fikir mübadiləsi aparıblar.