İRNA-nın məlumatına görə, Energetika naziri vurğulayıb: “Həyata keçirilməsi baxımından xeyli asan olan, çox inkişaf planları və şəbəkə inkişafı tələb etməyən marşrut Azərbaycan Respublikası marşrutudur.”
O, əlavə edib: “Azərbaycan Respublikası və Rusiya Federasiyası ilə çox yaxşı razılaşma əldə etdik. Bu razılaşma şəbəkələri Azərbaycan vasitəsilə mümkün qədər tez birləşdirə bilməyimizə gətirib çıxardı.”
Nazir bəyan edib ki, son görüşlərimiz energetika nazirlərinin müavinlərinin iclasına səbəb oldu və tezliklə daha bir görüş keçiriləcək.
Mehrabiyan yaxın 6 ay ərzində İran, Rusiya və Azərbaycan arasında elektrik enerjisi mübadiləsinin birgə fəaliyyətə başlayacağına ümid etdiyini bildirib.