Usamə Həmdan əlavə edib: Biz bu müsbət görüşlə bağlı heç bir şərh verməmişik. Daha doğrusu, biz deyirik ki, bu görüş Həmas ilə İran İslam Respublikası arasında yaxşı və fərqli münasibətlərin davamı olaraq baş tutub.
HƏMAS hərəkatının yüksək səlahiyyətli üzvü Livan, İraq və Yəməndəki müqavimət cəbhəsinin Fələstin müqavimətinə dəstəyi ilə bağlı deyib: Şübhəsiz ki, Livan müqaviməti Hizbullahdakı qardaşlar döyüşün başladığı ilk gündən Qəzzədəki qardaşlarına dəstək olaraq birbaşa meydana giriblər və şübhəsiz ki, Fələstin müqavimətindəki qardaşları, bu qardaşların düşmənlə qarşıdurmalarını və Qüds yolunda bu döyüşdə şəhid vermələrini yüksək qiymətləndirirlər.