Tehran - İRNA - Ölkəmizin xarici işlər naziri Əmir Abdullahian və Fransanın xarici işlər naziri xanım Katrin Kolonna Cenevrədə görüşüb və müzakirələr aparıblar.

İRNA-nın məlumatına görə, bu görüşdə Qəzzadakı mövcud hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər böhranın miqyası və ondan çıxış yolları ilə bağlı fikirlərini bildiriblər.