Təbriz - İRNA - Ölkəmizin Azərbaycan Respublikasındakı səfiri deyib: “Bu yaxınlarda Tehran və Bakı arasında Naxçıvan Muxtar Respublikasının Ağbənd körpüsü və ölkəmizin ərazisi vasitəsilə Azərbaycan Respublikasının ərazisinə birləşdirilməsinə dair razılaşma Azərbaycan hökumətinin və xalqının İrana olan etimadının göstəricisidir.”

İRNA-nın məlumatına görə, Seyid Abbas Musəvi cümə axşamı Şərqi Azərbaycan valisi ilə görüşdə əlavə edib: “İki ölkə prezidentlərinin son görüşü və tutduğu mövqe də iki qonşu dövlət arasında münasibətlərin dərinləşməsi istiqamətində yaxşı addım hesab olunur.”

Şərqi Azərbaycan valisi deyib: “Biz iki ölkə prezidentinin iştirakı ilə “Xudafərin” və “Qızqalası” su bəndlərini İran və Azərbaycan arasında dostluq bəndləri kimi açmağa çalışırıq.”