Tehran - İRNA - Xəbər mənbələri sionist rejimin İordan çayının qərb sahilindəki Cenin düşərgəsini bombalaması, həmçinin Qəzza zolağında yerləşən “Nama” radiostansiyasına hava hücumu etdiyini bildirib.

İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, xəbər mənbələri İsrailin İordan çayının qərb sahilində yerləşən Cenin düşərgəsinə pilotsuz təyyarə ilə hücumu və 3 fələstinlinin şəhid olması barədə məlumat yayıb.

Bu mənbələr hücumda 9 nəfərin yaralandığını da bildirib.

Sionist qüvvələr həmçinin #Cenin düşərgəsi yaxınlığındakı İbn Sina xəstəxanasını mühasirəyə alaraq, onun boşaldılmasını tələb ediblər.