Aşqabad - İRNA - Ölkəmizin Yol və Şəhərsalma naziri bu il İran və Türkmənistan arasında ticarət mübadiləsinin əhəmiyyətli dərəcədə artdığını açıqlayaraq deyib: “İki ölkə arasında ticarət mübadiləsi və tranzitlə yanaşı, enerji sahəsində də yaxşı əməkdaşlıq mövcuddur.”

İRNA-nın Aşqabaddan verdiyi xəbərə görə, Mehrdad Bəzrpaş İranın “İran Layihə” adlı 15-ci ixtisaslaşmış sərgisinin açılış mərasimində deyib: “Mən hər şeydən əvvəl bu sərginin keçirilməsinə görə qonşu, dost və qardaş Türkmənistanın nazirliklərinin, Xarici Ticarət, Ticarət-Sənaye Palatası və digər qurumlarının yüksək vəzifəli və məsul şəxslərinə təşəkkür edirəm.”