İRNA-nın məlumatına görə, Tehran Simfonik Orkestri cümə axşamı axşam - noyabrın 16-da bu ayda üçüncü gecə olmaqla Mənuçehr Səhbainin dirijorluğu və qoboy solisti Aryən Qeytasinin müşayiəti ilə Vəhdət zalında İran və dünyanın mərhum və məşhur bəstəkarlarının əsərlərini ifa etmək üçün səhnəyə çıxıb.
Ötən axşam Tehran Simfonik Orkestrinin çıxışı sionist rejimin Fələstindəki cinayətlərindən təsirlənib və bu tamaşa Qəzza uşaqlarına həsr olunub.