Tehran - İRNA - Qəzzanın Əş-Şifa xəstəxanasının yanıq şöbəsinin müdiri bu xəstəxanadakı kritik vəziyyətə toxunaraq, sionist rejimin bir sıra şəhidlərin cəsədlərini tibb kompleksinin içindən oğurladığını bildirib.

İRNA-nın məlumatına görə, Qəzzadakı Əş-Şifa xəstəxanasının yanıq şöbəsinin müdiri Əl-Cəzirə telekanalına açıqlamasında vurğulayıb: “Əş-Şifa Tibb Kompleksində su, işıq və internet kəsilib. Bizə çatan yeməklər xəstəxanada olanların təqribən 40%-nə  belə çatmır. Xəstəxananın ümumi vəziyyəti təhlükəlidir və elektrik enerjisi olmadığından cərrahiyyə əməliyyatı etmək mümkün deyil.” 

O, əlavə edib: “Təmiz su olmadığından xəstəxanada olan uşaqlar ağır bağırsaq infeksiyalarından əziyyət çəkirlər. Sionist rejim tibb kompleksinin daxilində iki binaya hücum edib və tanklar hələ də buradadır. İşğalçı rejim tibb kompleksinin içindən bəzi cəsədləri oğurladı. Reanimasiyada süni tənəffüslə sağ qalan çoxlu xəstələri itirdik.”