Tehran - İRNA - HƏMAS-ın yüksək vəzifəli üzvü Üsamə Həmdan bazar günü gecə saatlarında deyib: “Biz BMT-dən israilli hərbi cinayətkarları mühakimə etməyi tələb edirik.”

İRNA-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi məlumata görə, Üsamə Həmdan deyib: “Son günlər sionist düşmən fələstinliləri qovmaq məqsədi ilə Qəzzada cinayətlərini gücləndirib.”

O əlavə edib: “Məhz sionist düşmən oktyabrın 7-də 4000 nəfərin iştirak etdiyi mərasimi hədəfə alaraq qətliam həyata keçirdi.”