İRNA-nın məlumatına görə, iki ölkənin xarici işlər nazirləri işğal olunmuş ərazilərdəki mövcud vəziyyətə görə sionist rejimin məsuliyyət daşıdığını vurğulayaraq, İsrail rejimini beynəlxalq qanunların kobud şəkildə pozulmasına son qoymağa məcbur etmək üçün beynəlxalq ictimaiyyəti dərhal hərəkətə keçməyə çağırıblar.
Publish Date: 20 noyabr 2023 - 13:25
Tehran - İRNA - Ölkəmizin Xarici İşlər naziri doktor Hüseyn Əmir Abdullahiyan ilə Qətərin Baş Naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Sani telefon danışığında Fələstinlə bağlı son hadisələri və sionist rejimin Qəzzaya qarşı hazırkı təcavüzünü araşdırıblar.