Tehran - İRNA - BRİKS-in fövqəladə iclası, Ayətullah Rəisinin təklifi ilə və Qəzza məsələsini əsas tutaraq, BRİKS-in əsas üzvlərinin iştirakı ilə sabah axşamüstü videokonfrans şəklində keçiriləcək.

İRNA-nın məlumatına görə, BRİKS qrupu sabah (çərşənbə axşamı) Qəzza müharibəsi ilə bağlı xüsusi iclas keçirəcək, bu toplantıya BRİKS-in dövri sədri olaraq Cənubi Afrika ev sahibliyi edəcək.