Tehran - İRNA - Cənubi Afrika sionist rejimin fələstinlilərə qarşı cinayətinə cavab olaraq Beynəlxalq Cinayət Məhkəməsindən bu rejimin baş naziri Benyamin Netanyahunu soyqırım ittihamı ilə həbs etməsini istəyib.

İRNA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, Cənubi Afrika Respublikası Prezidentinin köməkçisi Khombodzo Ntshavheni bazar ertəsi deyib: “Cənubi Afrikanın Hollandiyadakı səfiri keçən həftə İsrailin fələstinlilərə qarşı “müharibə cinayəti, insanlıq əleyhinə cinayəti və soyqırımı”nı araşdırmaq üçün Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə şikayət təqdim edib.”