Kirman - İRNA - Silahlı Qüvvələrin Baş Qərargah rəisi könüllər sərdarının müqavimət cəbhəsinin gücləndirilməsindəki roluna toxunaraq deyib: “Düşmənlər bilsinlər ki, şəhid Süleymaninin qanı hələ də qaynayır. Müqavimət ölkələrinin gəncləri susmayacaq və müstəmləkəçilik fidanının yetişməsinə imkan verməyəcəklər.”

İRNA-nın məlumatına görə, general-mayor Məhəmməd Baqiri çərşənbə axşamı səhər saatlarında Kirman şəhərində Şəhidlər Gülzarında və şəhid Süleymaninin məzarının yanında deyib: “Bu günlərdə bütün dünya xalqı şəhid Süleymani və onun döyüş yoldaşlarının Fələstində əkdiyi tingin iri gövdəli ağaca çevrildiyini və sionist rejimi məhv etmək üçün müqavimət göstərdiyini görür.”