Tehran - İRNA - Sionist əsirlərin ailələri sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Guerin təcavüzkar yanaşmasını əsir qohumlarının azadlığını təhlükə altına atmaq kimi qiymətləndirib və etiraz əlaməti olaraq bu rejimin Knessetini (parlamenti) tərk ediblər.

İRNA-nın “Russia Today” telekanalına istinadən verdiyi məlumata görə, sionist rejimin daxili təhlükəsizlik nazirinin İtamar Ben Guerin fələstinli məhbusları edam etmək təklifi sionist rejim Knessetinin sionist əsirlərin ailələri ilə keçirilən iclasında gərginliyə səbəb olub.

Bu görüşdə sionist məhbusların ailələri Ben Guerdən “Fələstinli məhbusların edam qanunu” layihəsinin Knessetin gündəliyindən çıxarılmasını istəyiblər.