Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) çərşənbə günü səhər saatlarında sionist rejimlə atəşkəs razılaşmasını təsdiqləyib və bu razılaşmanın şərtlərini yayıb.

İRNA-nın Fələstinin Sama xəbər agentliyinə istinadən verdiyi məlumata görə, HƏMAS-ın bəyanatında deyilir: “Çətin, mürəkkəb və uzun danışıqlardan sonra bildiririk ki, Uca Allahın köməyi, Qətər və Misir tərəflərinin böyük səyləri ilə 4 günlük humanitar atəşkəs (müvəqqəti atəşkəs) əldə etdik.”