Tehran – İRNA – HƏMAS hərəkatının siyasi büro rəhbərinin müavini Xəlil Əl-Həyyə Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb və tərəflər oktyabr ayının 7-dən (Əl-Əqsa fırtınası əməliyyatından) bəri baş verən son hadisələri müzakirə ediblər.

İRNA-nın Livan mənbələrinə istinadən verdiyi məlumata görə, bu görüşdə müqavimətin bütün cəbhələrində, xüsusilə Qəzza zolağında mövqelər, proseslər və ehtimallar dəyərləndirilib və müzakirə edilib.

Bu görüşdə HƏMAS hərəkatının Livandakı nümayəndəsi Usamə Həmdan da iştirak edib.