Tehran - İRNA - Sionist rejimə bağlı mənbələr Qəzza müharibəsinin bu rejimin iqtisadiyyatı üzərindəki sarsıdıcı təsirlərini açıqlayıblar.

İRNA-nın məlumatına görə, sionist rejimin yüksək rütbəli mənbələri bu rejimin 12-ci kanalına bildiriblər ki, maliyyə nazirliyinin tanınmış yüksək vəzifəli şəxsləri ilə bu rejimin hərbi kabineti arasında mühüm görüş keçirildi, görüş üç saat davam etdi və bu müddət ərzində Qəzzaya qarşı müharibənin dəyəri araşdırıldı.

Bu mənbələr əlavə edib ki, görüşdə təqdim edilən hesabatlara görə, Qəzzədəki müharibə bu rejimə gündəlik bir milyard şekeldən çox baha başa gəlir.

Bu xərcə işğalçı ordunun əsgərlərinin maaşları da daxildir. Belə ki, ehtiyat qüvvələrinin hər bir əsgəri gündə min şekel alır. Uçuş saatları, yanacaq, ərzaq və hərbi sursatların dəyəri də ona əlavə olunur.

Sözügedən mənbələr ABŞ-ın işğalçılara yardımının 9 milyard dollara çatdığını, bunun da sursat və silahların alınmasına ayrıldığını vurğulayıb.