Tehran - İRNA - 7 oktyabrda sionist rejimin kəşfiyyat sahəsində Fələstin İslami müqavimətinə ağır məğlubiyyətindən sonra, əsirlərin azad edilməsi bu rejimin siyasi sahədə ikinci ən böyük məğlubiyyəti kimi izah oluna bilər.

Netanyahu dəfələrlə bəyan etmişdi ki, “bütün girovlar” azad edilməyincə, “atəşkəs olmayacaq”. Hətta İsrail ordusunun rəsmiləri bəyan etmişdilər ki, müvəqqəti atəşkəs də HƏMAS-a köməkdir və biz bunu qəbul etməyəcəyik.

HƏMAS-ın atəşkəs təklifi masada idi, özü də, oktyabrın 8-dən etibarən! Hətta, bundan daha geniş təkliflər var idi. 45 günlük müharibədən sonra İsrail faktiki olaraq HƏMAS-ın təkliflərindən birini qəbul etdi.

İsrail ilk gündən əsirlərin mübadiləsinin məğlubiyyət olduğunu eyham etdi və həmişə “bütün girovların qeyd-şərtsiz azad edilməsini” və “HƏMAS məhv edilənə və bütün girovların azad edilməsinə qədər hücumların davam etdiriləcəyini” vurğuladı.

Sionist rejim səlahiyyətlilərinin hədsiz narahatlığı və bu rejimdəki siyasi cərəyanların bu mübadilə ilə bağlı tənqidləri, həmçinin azad edilmiş fələstinli məhbusların, onların ailələrinin və Fələstin xalqının sevinci bu rejimin 45 gün ərzində ikinci ən böyük məğlubiyyətini aldığının ən yaxşı göstəricisidir.